Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.
"Report" xəbər verir ki, ilk matçda “Fənərbağça” “Ankaragücü”nün qonağı olub.
Oyunda hesabı meydan sahibləri açıblar. Güneren artıq 10-cu dəqiqədə baxımlı qola imza atıb. 33-cü dəqiqədə Xadziyovanis fərqi artırıb. 89-cu dəqiqədə isə Rodriges hesabı 3:0-a çatdırıb. Qarşılaşma elə bu nəticə ilə də bitib.
Beləliklə də, İstanbul klubu yarımfinalın bir addımlığında Ankara təmsilçisinə uduzaraq turnirdəki mübarizəsini dayandırıb. “Ankaragücü” isə artıq yarımfinalda rəqibini gözləyir.
Bizim WhatsApp kanalımıza abunə olun