PSJ-nin hücumçusu İbrahim Mbaye bu yay klubunu dəyişə bilər.
"Report"un "Sky Sports"a istinadən məlumatına görə, seneqallı futbolçunu heyətinə qatmağa əsas namizəd İngiltərənin "Aston Villa" klubudur.
18 yaşlı forvardın Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Mbaye cari mövsümdə Fransa çempionatında 19 matça çıxıb, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.