IMG-LOGO

Fransada Ümumdünya Antidopinq Agentliyinin sosial elmi tədqiqatlar simpoziumu keçirilib

27.02.2024 21:16 191 baxış
IMG

Fevralın 27-də Fransanın Nitsa şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) sosial elmi tədqiqatlar simpoziumu keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm şöbəsinin müdiri Rüfət Efendiyev təmsil edib.

WADA-nın təşkil etdiyi simpoziuma 50-yə yaxın ölkədən nümayəndə heyəti qatılıb.

Côte d'Azur Universitetində keçirilən və sessiyalar üzrə davam edən tədbirdə birgə əməkdaşlıq, beynəlxalq və müxtəlif idman növləri üzrə tədqiqatların aparılması, araşdırmalara idmançıların tərəfdaş kimi cəlb edilməsi və təmiz idman üçün gələcək tədqiqat prioritetlərinin müəyyən olunması kimi müasir mövzularda müzakirələr aparılıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti