IMG-LOGO

Bakı-Qazax yolunda iki maşın TOQQUŞDU: Sürücülərdən biri öldü

27 Feb 2024 18:31 76 baxış
IMG

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını digər avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, 58 yaşlı Çingiz Kazımov hadisə yerində ölüb.

Mənbə: lent.az

Xəbər lenti