“Formula 1” üzrə üçqat dünya çempionu Maks Ferstappen 2024-cü il mövsümünün startını səbirsizliklə gözləyir.
“Report” xəbər verir ki, “Red Bull” komandasının pilotu artıq ilk Qran-priyə hazır olduğunu bildirib.
Niderlandlı sürücü Bəhreyndə baş tutacaq mərhələdə uğurlu nəticə qazanmaq arzusundadır: “Mövsümün startına hazıram. Bəhreyn Qran-prisini səbirsizliklə gözləyirəm. Yaxşı sınaq günləri keçirdik, avtomobil haqqında çox şey öyrəndik. İlk həftəsonunu uğurlu keçirmək üçün hər şeyi düzgün etdiyimizə əmin olmalıyıq. Ümid edirəm ki, bu mərhələdə heç bir sürpriz olmayacaq. İstənilən halda, mövsümə başlamağa şadam”.
Qeyd edək ki, Bəhreyn Qran-prisi 29 fevral – 2 mart aralığında keçiriləcək.
Bizim WhatsApp kanalımıza abunə olun