IMG-LOGO

"Barselona"nın zədəli futbolçularının komandaya qoşulacağı vaxt bəlli olub

24 Mar 2026 16:34 4 baxış
IMG

İspaniyanın "Barselona" klubunun zədəli mdafiəçiləri Jül Kunde, Alexandro Balde və yarımmüdafiəçisi Frenki de Yonqun komandaya qoşulacaqları vaxt məlum olub.

"Report"un "Mundo Deportivo" istinadən məlumatına görə, Jül Kunde və Alexandro Balde yığmaların oyunlarına görə yaranan fasilədən sonra keçiriləcək ilk matçda, aprelin 4-də "Atletiko"ya (Madrid) qarşı matçda heyətə qayıdacaqlar.

Lakin Frenki de Yonqun bərpası daha çox vaxt aparacaq. Onun aprelin 11-də "Espanyol"la keçiriləcək qarşılaşmaya qədər sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona" 29 turdan sonra 73 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti