IMG-LOGO

Ukrayna ordusu daha bir kənd yaxınlığındakı mövqelərdən geri çəkilib

27.02.2024 14:18 218 baxış
IMG

Ukrayna ordusu Donetsk vilayətinin Yasinovatsky rayonunda yerləşən Orlovka kəndi yaxınlığındakı mövqelərindən geri çəkilib.

“Report” TASS-a istinadən xəbər verir ki, buna Rusiya Silahlı Qüvvələrinin intensiv zərbələri səbəb olub.

Bu kənd Donetsk şəhərində Avdivkadan sonra ikinci müdafiə xəttidir.

Qeyd edək ki, fevralın 17-də Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Avdivkanın tutulması barədə ölkə rəhbəri Vladimir Putinə məlumat verib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti