IMG-LOGO

Kolumbiyada 100-dən çox hərbçini daşıyan təyyarə qəzaya uğradı, azı 66 nəfər öldü

24 Mar 2026 05:30 2 baxış
IMG
14 1

Kolumbiyanın Puerto-Leqisamo şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə "Caracol" radiosu hərbi mənbələrə istinadən məlumat yayıb.

“Son məlumatlara görə, 57 nəfər yaralanıb, 1 nəfər isə xəsarət almayıb”, – deyə məlumatda bildirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. ***  

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus, 100-dən çox hərbçini daşıyan “Hercules C-130” təyyarəsi qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə "Caracol" radiosu məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda, Puerto-Legisamo şəhərində uçuş zamanı baş verib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançes hadisəni təsdiqləyib.

“Dərin kədər hissi ilə bildirirəm ki, silahlı qüvvələrimizin hərbçilərini daşıyan “Hercules” təyyarəsi uçuş zamanı qəzaya uğrayıb”, – deyə o qeyd edib.

Nazir bildirib ki, qəza yerində hərbçilər işləyir, lakin ölənlərin sayı və hadisənin səbəbləri hələlik dəqiq müəyyən edilməyib.

Təyyarə qəzası kolumbia

Xəbər lenti