IMG-LOGO

Apple şirkəti ağıllı eynək və kameralı qulaqlıqlar buraxacaq

27.02.2024 12:45 35 baxış
IMG

“Apple” şirkəti “Vision Pro”nun ucuz versiyasını buraxmağı planlaşdırır. 

Lent.az xəbər verir ki, “Apple” yaxın illərdə onları təqdim edəcək. 

Bildirilir ki, şirkət “Vision Pro” qulaqlıqlarına ucuz alternativ olacaq ağıllı eynəklər hazırlayacaq. Cihaz AR təsvirlərini ekranlara yayımlaya bilməyəcək, lakin zəng etmək və musiqi dinləmək üçün faydalı olacaq.

Şirkət həmçinin daxili kameraları olan qulaqlıqları buraxmağı düşünür. Ehtimal olunur ki, aşağı ayırdetmə qabiliyyətinə malik kameralara və süni intellektə (AI) dəstək olan belə qurğu istifadəçiyə gündəlik işlərində kömək edəcək.

Məlumata görə, "Apple" geyilə bilən qadcetlər bazarında öz iştirakını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Ağıllı üzüklə bağlı isə mütəxəssislər bildirib ki, korporasiyanın analoji qurğu ilə bağlı planları var, lakin o, hələ ki, işlənib hazırlanmayıb.

Fevralın sonunda Koreyanın "ET News" nəşri bildirmişdi ki, Apple yaxın aylarda ağıllı üzük təqdim etmək niyyətindədir. Cihaz yığcam ölçüyə, fəaliyyət izləmə seçimlərinə və ağıllı funksiyalara malik olacaq.  

Xəbər lenti