İspaniyanın "Sevilya" futbol klubu komandanın baş məşqçisi Matias Almeydanın istefaya göndərildiyini elan edib.
Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssisin 53 yaşı var, o, 1996-97-ci illərdə "Sevilya"nın futbolçusu olub. Almeyda komandaya 2025-ci ilin yayında rəhbərlik etməyə başlamışdı.
Qeyd edək ki, 29 turdan sonra "Sevilya" 31 xalla İspaniya çempionatında 15-ci yerdədir.
Sevilya Matias Almeyda