"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ən çox İngiltərə Liqa Kubokunu qazanan rekordçu olub.
Lent.az-ın xəbərinə görə, o, tarixdə kuboku beş dəfə qazanan ilk məşqçidir. Qvardiola hər biri dörd Liqa Kuboku olan Brayan Klaf, Aleks Ferqyuson və Xose Mourinyonu geridə qoyub.
Qvardiola bundan əvvəl 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində İngiltərə Liqa Kubokunu qazanıb.
Xatırladaq ki, "Mançester Siti" "Uembli" stadionunda keçirilən finalda Londonun "Arsenal" komandasını 2-0 hesabı ilə məğlub edib.
İdman xəbərləri