IMG-LOGO

Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib

26.02.2024 22:59 210 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Töfiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.

Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti