IMG-LOGO

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

26.02.2024 19:58 204 baxış
IMG

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Belə ki, parlament İsveçin NATO-ya üzvlüyünün lehinə səs verib.

Qeyd edək ki, Macarıstan İsveçin Alyansa daxil olmaq ərizəsini təsdiqləyən sonuncu NATO üzvü olaraq qalmışdı.

Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamentinə İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası üçün müraciət edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti