IMG-LOGO

TBMM-in Baş katibi: "Xocalıya ədalət" Türkiyənin də şüarıdır"

26.02.2024 19:10 200 baxış
IMG

"Xocalıya ədalət" Türkiyə olaraq bizim də şüarımızdır.

Bunu "Report"a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Katibi Talıb Uzun bildirib.

Baş katib deyib ki, əslən Türkiyənin Sarıqamış bölgəsindəndir və vaxtilə onun yaxın qohumları da ermənilər tərəfindən soyqırıma məruz qalıb:

"Osmanlı dönəmində bizim o coğrafiyada eyni Xocalıdakı kimi Qarsda, Ərzurumda, İğdırda, Bitlisdə, Sarıqamışda erməni silahlıları ata tərəfdən bütün nəslimi qətlə yetiriblər. Təsadüfən atamın babası başqa bir kəndə gedib, yalnız o sağ qalıb. Ona görə də mən Xocalı soyqırımını anma tədbirində çox duyğusal anlar yaşadım".

Talıb Uzun TBMM sədri Numan Kurtulmuşun bu tədbirin təşkilində birbaşa təlimatının olduğunu vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti