IMG-LOGO

Lənkəranda avtomobil kanala aşıb, altı nəfər yaralanıb

23 Mar 2026 00:34 3 baxış
IMG

Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Qurumba kəndi ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q -7" markalı minik avtomobili idarəetmədən çıxaraq öncə yol kənarındakı qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F.Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti