IMG-LOGO

Şirvanda yol qəzası olub, dörd nəfər xəsarət alıb

22 Mar 2026 22:50 3 baxış
IMG

Şirvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Əmrahov Rüfət Habil oğlu, 2010-cu il təvəllüdlü Quliyeva Fatimə Pərviz qızı, 1984-cü il təvəllüdlü Şatayeva Aynurə Zaur qızı və 2004-cü il təvəllüdlü Şatayev İsmayıl Elxan oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan üç nəfər ambulator müalicəyə buraxılıb. R. Əmirov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti