IMG-LOGO

Zaqatalada bir uşaq atası evində ölü tapıldı

22 Mar 2026 21:08 3 baxış
IMG
0 0

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı ünvanda tapılıb. 

Lent.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. 

Kənd sakini, 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində aşkar edilib. 

Mərhumun bir uşaq atası olduğu bildirilir. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

meyit Zaqatala

Xəbər lenti