IMG-LOGO

Qazaxıstan klubunun sahibi Azərbaycan millisinin sabiq futbolçusunu Türkiyəyə dəvət edib

26.02.2024 16:15 76 baxış
IMG

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Qazaxıstan Superkuboku oyunu üçün Türkiyəyə dəvət olunub.

Bu barədə "Report"a 44 yaşlı sabiq yarımmüdafiəçi məlumat verib.

O, "Tobol" klubunun dəvəti ilə səfərə yollandığını bildirib: "Superkuboku, demək olar ki, hər ölkə keçirir. Dövrə arasında vaxt təyin olunsaydı, bəlkə bunu bizdə də bərpa etmək olardı. Çox maraqlı görüş alındı. Əsl futbol atmosferi var idi. Məni "Tobol"un sahibi Alimzhan Kaldiyarov çağırmışdı. Onunla münasibətim yaxşıdır. Daim ünsiyyətdə olurdu, bəzi məsələlər haqqında fikir mübadiləsi aparırdıq. Dost münasibətimiz var. Görüşdük, bəzi planlar barədə danışdıq. Oraya hansısa futbolçu transferi üçün səfər etməmişdim. Sadəcə, klubun sahibi dəvət göndərmişdi".

Qeyd edək ki, "Tobol" əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmanın penaltilər seriyasında "Ordabası"nı üstələyərək Qaaxıstan Superkubokuna sahib çıxıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti