Argentina millisinin sabiq futbolçusu Serxio Aquero karyerasını bir neçə oyunluq bərpa edə bilər.
“Report”un “Mundo Deportivo”ya istinadən məlumatına görə, 35 yaşlı hücumçu ölkəsinin “İndependyente” klubunun formasını geyinməyə hazırlaşır.
Forvard canlı yayım zamanı kardioloqdan futbol oynamağa hazır olub-olmadığını soruşub. Cavab müsbət olduğundan, Aquero “İndependyente”nin bir neçə yoldaşlıq görüşündə komandanın formasını geyinmək təklifinə isti yanaşır.
Qeyd edək ki, “İndependyente”nin yetirməsi olan Serxio Aquero 2003-2006-cı illərdə əsas komandanın formasını geyinib. O, 2021-ci ildə ürəyində yaranan problem səbəbindən karyerasını başa vurub.
Bizim WhatsApp kanalımıza abunə olun