Səkkiz il əvvəl, Almaniya millisinin keçmiş oyunçusu Mesut Özil ilə Almaniya Futbol Assosiasiyası (DFB) arasında mübahisədən sonra, o dövrdə komandanın baş məşqçisi olan Yoahim Löv türk əsilli alman futbolçunun Bundesmanşafda karyerasının başa vurması ilə bağlı açıqlamasına münasibət bildirib.
"Mən heç vaxt mətbuat açıqlamasının hamısını və göstərilən səbəbləri oxumamışam. Birincisi, bu, mənim üçün çox uzun idi, ikincisi, o zaman bütün bunları şəxsən ondan eşitmədiyim üçün çox məyus oldum", - Lent.az-ın xarici mediaya istinadən xəbərnə görə, Löv ZDF-nin "Mesut Özil – Dostlar arasında qonaq" (Mesut Özil – zu Gast bei Freunden) sənədli filmində bildirib.
Milli komandanın keçmiş baş məşqçisi Özilin 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatını qazananların təşkil etdiyi son görüşündə iştirak etməməsini də rüsvayçılıq adlandırıb.
"Mesut hazırda Türkiyədə yaşayır və Almaniyaya nadir hallarda, yaxud çox nadir hallarda səfər edir", - deyən Lev Özili "Almaniyanın indiyə qədərki ən yaxşı milli komanda oyunçularından biri" adlandırıb.
ZDF-in Özil haqqında üç hissəli sənədli filmi martın 20-də yayımlanacaq, ilk bölüm isə martın 31-də yayımlanacaq. Kanalın məlumatına görə, Özil sənədli film üçün müsahibə verməkdən imtina edib.
Özilin Almaniya Futbol Assosiasiyası ilə münaqişəsi nə olub?
2018-ci ilin may ayında, həmin ilin Dünya çempionatının başlamasından bir az əvvəl, Almaniya milli komandasının iki oyunçusu Mesut Özil və İlkay Gündoğan gözlənilmədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb birlikdə şəkil çəkdiriblər. Almaniyada bu jest Türkiyə liderinin siyasətinə dəstək kimi qəbul edilib və pislənilib.
Həm Özil, həm də Gündoğan sonda Dünya çempionatına gediblər, lakin Almaniya uğursuzluğa düçar olub və Meksika, İsveç və Cənubi Koreyanın da daxil olduğu qrupdan çıxa bilməyib. Artan tənqidlərdən sonra Mesut Özil Almaniya Futbol Federasiyasını irqçilikdə və öz köklərinə hörmətsizlikdə günahlandırıb: "Qələbə qazananda alman, uduzanda isə immiqrant oluram".
Daha sonra o, milli komandadan ayrıldığını elan edib.
İdman xəbərləri
