IMG-LOGO

Xətaidə kanalizasiya kollektoru çökdü, evləri su basdı -VİDEO

20 Mar 2026 11:52 3 baxış
IMG
1 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

 

Hadisələr

Xəbər lenti