IMG-LOGO

Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib

24.02.2024 21:19 128 baxış
IMG

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və AVF-nin idman zalında təşkil olunan seminarda paytaxt və bölgələrdə çalışan 40-dan çox məşqçi-müəllim iştirak edib.

Nəzəri və praktik hissədən ibarət olan seminarın əsas eksperti, Atletika Federasiyasının baş məşqçisi Hakim İbrahimov, voleybol məşqçiləri Cengiz Akarçeşmə, Şahin Çatma və Cahangir Abbasi öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Seminarda aşağı yaş qruplarında düzgün məşq prosesinin aparılma qaydaları, uşaqların fiziki hazırlığı üçün görülməli olan işlərdən danışılıb. Həmçinin seçimlər zamanı daha çox diqqət yetirilməli olan məqamlar haqqında məlumat verilib. Qeyd olunan məsələlərlə bağlı ilk olaraq nəzəri hissədə və daha sonra isə məşq prosesində ətraflı məlumat verilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti