"Sərhədçi" İdman Mərkəzində Azərbaycanın kişilərdən ibarət basketbol millisi Kosovo ilə oyun öncəsi sonuncu məşqini keçirib.
"Federasiyadan "Report"a verilən məlumata görə, Tahir Baxşıyevin rəhbərlik etdiyi komandanın sonuncu məşqi Kosovo yığmasına özəl hazırlanmış taktiki hücum və müdafiə sistemlərinin tətbiqi ilə yekunlaşıb.
Qeyd edək ki, Kosovo ilə oyun fevralın 25-də, saat 14:00-da "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Bizim Telegram kanalımıza abunə olun