Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Neftçi" "Turan Tovuz"un qonağı olub.
Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 72-ci dəqiqədə paytaxt klubunun heyətində Yeqor Boqomolski fərqlənib. 88-ci dəqiqədə Fərid Nəbiyev bərabərlik qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "ağ-qaralar" ikinci sıradakı "Sumqayıt"a çatıb. Bölgə klubu hazırda 31 xalla 5-8-ci yerləri bölüşdürür.
Günün digər görüşündə "Səbail" "Sabah"ı qəbul edəcək.
Qeyd edək ki, XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də baş tutacaq. Ötən gün gerçəkləşən oyunda "Kəpəz" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Bizim Telegram kanalımıza abunə olun