IMG-LOGO

Saxta siqaret satan azərbaycanlılar saxlanıldı - Ölkədən qovulacaqlar

24 Feb 2024 16:14 180 baxış
IMG

Rusiyanın Moskva vilayətinin Ximki şəhərində təhlükəsizlik qüvvələri saxta tütün məmulatları və “elektron siqaret” satışı ilə məşğul olan bir qrup azərbaycanlını yaxalayıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, müştərilər sosial şəbəkələrdə saxta mallardan və satıcıların pis davranışından şikayətləniblər.

Saxlanılanların Rusiyada qeyri-qanuni yaşadıqları müəyyənləşib və ölkədən çıxarılmaları gözlənilir. Saxta mallar götürülüb və cinayət işinin başlanacağı ehtimal olunur.

Mənbə: lent.az

Xəbər lenti