IMG-LOGO

İş yoldaşının başına stəkan vurub öldürdü - Bakıda uşaqbazın ŞOK CİNAYƏTİ

19 Mar 2026 20:15 2 baxış
IMG
0 0

CİNAYƏT İŞİ

Qısa arayış...

2025-ci il mayın 10-da Badamdar qəsəbəsi, Dostluq küçəsi, 10 ünvanında yerləşən tikinti sahəsində üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilir. 

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilir. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1970-ci il təvəllüdlü Bahadur Tağıyev olması müəyyənləşir.    Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Bahadur Tağıyevin ölümünə - qapalı kəllə-beyin travması səbəb olub.    Həyata keçirilən əməliyyat tədbirləri ilə Bahadur Tağıyevin qətlində şübhəli bilinən 55 yaşlı Möhsün Abdullayev saxlanılır. 

Müəyyən edilir ki, şübhəli şəxs illər əvvəl Cinayət Məcəlləsinin 112-ci (16 yaşına çatmamış şəxs barəsində əxlaqsız hərəkətlər etmə) və 113.2-ci (uşaqbazlıq) maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum olunub. Nərimanov rayon məhkəməsinin 2003-cü il tarixli qərarı ilə vaxtından 1 il 7 ay əvvəl şərti olaraq azad olunub.

Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edir:    İstintaqla müəyyən edilib ki, inşaat şirkətində qəlibçi işləyən Möhsün Abdullayev, tikinti sahəsində istinad divarlarının beton işlərini həyata keçirib bitirdikdən sonra üzərindəki iş paltarlarını dəyişdirmək üçün paltar dəyişmə konteynerinə keçib. İş yoldaşı Bahadur Tağıyev ünvanına nalayiq ifadələr işlədərək, təpiklə ayağından zərbə vurub, cavab olaraq onun yaxasından tutub. Mübahisə zamanı o, Bahadur Tağıyevə yumruqla, sonra isə stəkanla 4 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Möhsün Abdullayev zərərçəkmişi qəsdən öldürüb.  

İş yoldaşı Elman Həbibov mobil telefonu ilə Təcili yardım stansiyasına zəng edib, məlumat verib, amma tibbi briqada gələnə qədər Bahadur artıq keçinib. Möhsün Abdullayevin sözlərinə görə, hadisə saat 16 radələrində baş verib, amma həkimlər saat 18 radələrində gəlib. Bahadur Tağıyevə stəkanın kənar hissəsi ilə zərbələr vurub. 

cinayət işi kriminal xəbərlər məhkəmə xəbərləri Bakıda qətl

Xəbər lenti