Futbol üzrə Çin milli komandasının keçmiş baş məşqçisi Li Ti ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Linin korrupsiya cinayətlərində təqsirli olduğu məhkəmədə sübuta yetirilib, buna görə də cəza bu qədər sərt olub.
Xəbərdə deyilir ki, istintaq zamanı keçmiş məşqçinin özü korrupsiya əməliyyatlarında iştirak etdiyini etiraf edib. O, həm rüşvət alıb, həm də özü verib. Məsələn, 2018-ci ildə futbol üzrə Çin milli komandasının baş məşqçisi vəzifəsi üçün təxminən 390 min avro ödəyib.
Daha sonra o, 2019-cu ildən 2021-ci ilə kimi iki il bu vəzifədə çalışıb.