IMG-LOGO

Qubada iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanılıb

19 Mar 2026 10:48 4 baxış
IMG

Qubada iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Report"a Quba rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xəbər lenti