Türkiyənin "Fənərbağça" klubunun skautları "Qarabağ"ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər.
"Report" xəbər verir ki, bu barədə yerli "Fotospor" nəşri məlumat yayıb.
Onlar "Qarabağ"ın Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər.
İstanbul təmsilçisinin 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında "Qarabağ"a keçib.
Xatırladaq ki, səfərdə "Braqa"ya qalib (4:2) gələn "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Komanda bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.
Bizim WhatsApp kanalımıza abunə olun