IMG-LOGO

Bacılarını bıçaqlayan qardaşa ŞƏRTİ CƏZA

18 Mar 2026 15:07 7 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə bacılarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunan Həsən Quliyevin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi saxlanılan Həsən Quliyevin  1 il, 6 ay müddətinə şərti cəzaya məhkum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, hadisə 5 oktyabr 2025-ci il tarixində səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonunda Həsən Quliyevin kirayə yaşadığı mənzildə baş verib. Təqsirləndirilən şəxs mübahisə zəminində əvvəlcə bacısı Şəfiqəyə, daha sonra isə digər bacısı Ülviyyəyə bıçaqla hücum edib.

İstintaq materiallarına görə, mübahisəyə səbəb H. Quliyevin  bacılardan birinə "tik-tok" sosial şəbəkəsi vasitəsilə müxtəlif şəxslərlə əlaqə saxlaması səbəbindən şəxsi həyatı ilə bağlı iradları olub. Qarşılıqlı təhqirlərdən sonra vəziyyət gərginləşib və təqsirləndirilən şəxs mətbəxdən götürdüyü məişət təyinatlı bıçaqla bacılarına ardıcıl zərbələr endirib. Zərərçəkmişlərdən biri döş qəfəsindən aldığı zərbə nəticəsində ağciyərin zədələnib. Digər bacısının isə bədənində isə çoxsaylı kəsilmiş-deşilmiş yaralar qeydə alınıb. Ekspertiza rəyləri bu xəsarətlərin bir qisminin insan həyatı üçün təhlükəli olduğunu təsdiqləyib və əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi – qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilib.

Hadisələr

Xəbər lenti