Avropa ölkələri yarış təşkilatçılığı baxımından Azərbaycana çata bilmir.
Bunu "Report"a müsahibəsində Serbiyanın Zrenyanin şəhərində martın 9-dan 15-nə qədər təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında hakimlik edən Vüqar Şükürov deyib.
O, Serbiyadakı təşkilatçılığın qaneedici olmadığını vurğulayıb:
"Əslində, tam olaraq qane etmədi. Həmişə belə ölkələrdə təşkilatçılıq aşağı səviyyədə olur. Azərbaycan yeganə ölkədir ki, bu cür yarışların təşkili baxımından dünyaya səs salır və həmişə öndə gedir. Avropa ölkələri bizə çata bilmir".
Vüqar Şükürovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.