Rusiyalı badmintonçuların Avropa çempionatında iştirakına icazə verilməyib.
"Report" TASS-a istinadən xəbər verir ki, Avropa Badminton Konfederasiyasının rəhbərliyi rusiyalı idmançıları yarışa buraxmaqdan imtina edib.
Qurumun təhlükəsizliyin təmin olunmamasına görə bu addımı atdığı vurğulanıb.
Eyni qərar Belarus təmsilçilərinə də şamil olunur.
Qeyd edək ki, Avropa çempionatı aprelin 6-12-si aralığında İspaniyanın Huelva şəhərində keçiriləcək. Hazırda Rusiyanın dörd badmintonçusu - Rodion Alimov, Maksim Oqloblin, Anastasiya Boyarun və Darya Xarlampoviç neytral statusa malikdir.