IMG-LOGO

Bağırsaq xərçəngi riskini azaltmağa kömək edən gözlənilməz məhsul

18 Mar 2026 13:13 2 baxış
IMG
0 0

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağa kömək edə bilər. Deməli, səhər yeməyində istifadə olunan sadə bir məhsul bağırsaq xərçənginə qarşı güclü qoruyucu vasitə ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yoqurtun müntəzəm istifadəsi xərçəngin bəzi aqressiv formalarının inkişafını ləngidə bilər. Bunun səbəbi bağırsaq mikrobiomunun dəyişməsidir: yoqurtdakı faydalı bakteriyalar bağırsağın təbii mühitini sağlamlaşdırır və xəstəliyə qarşı qoruyucu baryer yaradır.

Mütəxəssislər qeyd edib ki, həftədə iki və ya daha çox porsiya yoqurt qəbul etmək yoğun bağırsağın sağ tərəfində yaranan və adətən daha ağır gedişə malik olan müəyyən aqressiv kolorektal xərçəng növünün riskini azalda bilər. Bu tip xərçəng sol tərəfdə yaranan növlərlə müqayisədə daha aşağı sağ qalma göstəriciləri ilə əlaqələndirilir.

yoqurt xərçəng riskini azaldan

Xəbər lenti