Fələstinin HƏMAS hərəkatının logistika və təchizat bölməsinin rəhbəri Yəhya Əbu Ləbdu İsrailin zərbələri nəticəsində öldürülüb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
"Dünən İsrail Müdafiə Ordusunun endirdiyi zərbə nəticəsində HƏMAS-ın təchizat və logistika bölməsinin komandiri Yəhya Əbu Ləbdu öldürülüb", - məlumatda bildirilir.