IMG-LOGO

Azərbaycanda 3 minə yaxın yeni dövlət standartı işlənib hazırlanacaq

18 Mar 2026 11:35 4 baxış
IMG

Yaxın 3 ildə Azərbaycanda 3 minə yaxın yeni dövlət standartının işlənib hazırlanması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Baş direktorunun müavini Kəmalə Məmmədzadə "AZS ISO 20121:2026Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında deyib.

Onun sözlərinə görə, "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı"na dövlət və özəl qurumların, assosiasiyaların, təsərüfat subyektlərinin təklifləri əsasında beynəlxalq standartlara harmonizasiya edilərək işlənib hazırlanacaq 2 939 normativ sənəd daxil edilib. 2026-cı ildə 712, 2027-ci ildə 924, 2028-ci ildə isə 1 300 yeni standartın işlənib hazırlanması nəzərdə tutulub".

"Standartlar dayanıqlı şəhərsalmanın mühüm göstəricilərindən biridir. Onlar şəhərlərin planlaşdırılması, layihələndirilməsi və idarə olunması prosesində vahid meyarlar və metodoloji çərçivə yaradır, ekoloji, sosial və iqtisadi inkişafı dəstəkləyir, şəhər infrastrukturu, binalar, nəqliyyat sistemləri və ictimai məkanların həm təhlükəsiz, həm də əlçatan şəkildə planlaşdırılmasına şərait yaradır. ​Layihələrin riskləri qiymətləndirilir, enerji sərfiyyatı optimallaşdırılır və tullantıların idarə olunması təmin edilir. ​Bu yanaşma müxtəlif sahələr arasında inteqrasiyanı təmin edir, fərqli sektorların fəaliyyətini bir-birinə uyğunlaşdırır və beləliklə, uzunmüddətli perspektivdə davamlı və dayanıqlı şəhər inkişafını təmin edir. Nəticədə, standartlar yalnız texniki tələbləri müəyyənləşdirmir, həm də investisiya cəlbediciliyinin və əhalinin rifahının təmin edilməsində əsas rol oynayır", - deyə K.Məmmədzadə əlavə edib.

Xəbər lenti