IMG-LOGO

Adil Kərimli: Bu il 1 996 incəsənət müəllimi attestasiyadan keçib

18 Mar 2026 11:47 4 baxış
IMG

Bu il 1 996 incəsənət müəllimi attestasiyadan keçib.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, indiyədək keçirilən attestasiya imtahanlarında məyusedici məqamlar olsa da, müsbət, ürəkaçan hallar da olub:

"Bu sahədə atılmalı addımlardan biri də yeni işə qəbul edilməli olan müəllimlərin, eləcə də direktorların məhz Dövlət İmtahan Mərkəzi vasitəsilə imtahanla işə qəbul prosesinin təşkili və onun təkmilləşdirilməsi işi oldu ki, bu da çox öz müsbət nəticəsini verməkdədir".

Adil Kərimli onu da vurğulayıb ki, bu müddət ərzində təhsil müəssisələrində – Mədəniyyət Nazirliyinin sistemində olan musiqi incəsənət, rəssamlıq və arxeologiya məktəblərində ixtisasını yaxşı bilməyən müəllimlər olub.

Xəbər lenti