IMG-LOGO

Ər-Riyadda diplomatik məhəlləni hədəf alan PUA vurulub

18 Mar 2026 11:50 4 baxış
IMG

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt Ər-Riyaddakı diplomatik məhəlləyə doğru yönələn pilotsuz uçuş aparatının ələ keçirilməsi barədə məlumat verib.

"Report" xəbər verir ki, müvafiq bəyanat nazirliyin sosial şəbəkə hesablarında dərc olunub.

"Düşmənin pilotsuz uçuş aparatı bu gün diplomatik məhəlləyə yaxınlaşmağa cəhd edərkən vurulub", - məlumatda deyilir.

Qurumdan əlavə ediblər ki, daha sonra ölkənin şərq bölgəsində daha bir pilotsuz uçuş aparatı vurulub.

Xəbər lenti