IMG-LOGO

Nazir müşaviri: Azərbaycandakı incəsənət məktəblərinin 30,9 faizi tamamilə təmirsizdir

18 Mar 2026 11:52 5 baxış
IMG

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 50 incəsənət məktəbi mövcuddur, onlardan yalnız 11-i öz ərazilərində fəaliyyət göstərir, 39-u isə hələlik digər yerlərdə fəaliyyətini davam etdirir.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədəki çıxışında deyib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan ümumilikdə 211 məktəbin yalnız 32,7 faizi təmirli vəziyyətdədir:

"Onların 33,3 faizi qismən, 30,9 faizi isə tamamilə təmirsizdir. Qəzalı vəziyyətdə olan məktəblərin payı isə 3,1 faiz təşkil edir".

Xəbər lenti