IMG-LOGO

Elnur Bağırov: "WUF13 zamanı standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir"

18 Mar 2026 10:36 8 baxış
IMG

Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasında (WUF13) ekoloji məsuliyyət, sosial inklüzivlik və iqtisadi səmərəlilik prinsiplərinin təmin edilməsində standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında bildirib.

Onun sözlərinə görə, WUF13 ölkəmizin şəhər idarəçiliyi, innovativ infrastruktur layihələri və ekoloji dayanıqlılıq sahəsindəki təcrübəsini dünyaya təqdim etməyə, həmçinin digər ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsinə imkan yaradacaq: "Əminliklə deyə bilərik ki, bu tədbirin təşkil edilməsi təkcə yüksək təşkilati səviyyə ilə deyil, eyni zamanda ekoloji məsuliyyət, sosial inklüzivlik və iqtisadi səmərəlilik prinsiplərinin təmin olunması ilə xarakterizə olunur. ​Məhz bu prinsiplərin təmin edilməsində standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, standartlaşdırma yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir".

Sədr qeyd edib ki, keyfiyyət müasir tələblərə cavab verən malların və xidmətlərin istehsalı, onların keyfiyyətinin təmin olunması üçün əsasdır: "Rəqabət davamlılığının artırılması və dünya bazarına çıxış üçün standartlaşdırma sistemi mühüm rol oynayır".

Xəbər lenti