Azərbaycanda Vətən müharibəsindən sonrakı dövrdə 270 nəfər reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, indiyədək 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
Digər qazilərlə də reabilitasiya işləri davam edir.