Dünən axşam “İlaxır çərşənbə”ni qeyd edirdi və bir çox məhəllələrdə tonqal qalanmışdı.
Lent.az bayram axşamı xəsarət hadisəsinin qeydə alınıb-alınmaması ilə bağlım Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sorğu göndərib.
Sorğumuzun cavabı olaraq bildirilib ki, dünən saat 21:35-də tonqalda yanma səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 8 yaşlı azyaşlıya yerində tibbi yardım göstərilib.
Novruz bayramı Tonqalda yanma