IMG-LOGO

Xaçmazda maşın piyadanı vuraraq öldürüb

18 Mar 2026 09:33 5 baxış
IMG

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu keçən Almazov Tofiq Hacıbala oğlunu hərəkətdə olan "VAZ-2107" markalı minlik avtomobili vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti