İranda rəhbərlik dəyişikliyindən sonra ölkənin kursunu dəyişməyə qadir potensial liderlər mövcuddur.
"Report" xəbər verir ki, bunu İsrailin BMT yanında daimi nümayəndəsi Dani Danon CNN-ə müsahibəsində bildirib.
O, konkret adlar çəkməyib.
"Bu gün İranda milləti düzgün istiqamətə apara biləcək, resursları firavanlıq, infrastrukturun inkişafı üçün istifadə edə biləcək, bütün qonşularına ballistik raketlər atmayacaq və Hörmüz boğazını bağlamayacaq potensial liderlər var", - nümayəndə bildirib.
D.Danon qeyd edib ki, yeni rəhbərlik Tehranın siyasətini dəyişməyə hazır olacağı təqdirdə diplomatik tənzimləmə mümkün olacaq: "Biz diplomatiyaya inanırıq və başa düşürük ki, bu rejimi yenidən istiqamətləndirdikdən sonra növbəti mərhələ diplomatiya və sülh tədbirlərindən istifadə olacaq".