IMG-LOGO

Ötən ay TƏBİB tabeli xəstəxanalarda 8 milyondan çox tibbi xidmət göstərilib

18 Mar 2026 10:00 5 baxış
IMG

TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində fevral ayında 8 milyon 365 056 tibbi xidmət göstərilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1 milyon 055 030-u stasionar, 7 milyon 310 026-sı ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 % artıb.

Ötən ay ümumilikdə 2 milyon 272 189 müraciət qeydə alınıb. Bunlardan 42 913-ü stasionar, 2 milyon 229 276-sı ambulator olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 13 % artım qeydə alınıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 565 573 sayda laborator müayinələr aparılıb ki, onların da 552 649-u stasionar, 3 milyon 012 924-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 20 % artım qeydə alınıb.

Eyni zamanda ay ərzində 29 519 cərrahi əməliyyat və prosedur (28 123 stasionar, 1 396 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin anoloji dövrü ilə müqayisədə 2 % artıb.

Xəbər lenti