IMG-LOGO

Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb, "Fənərbağça"nın rəqibi bəlli olub

23.02.2024 16:19 85 baxış
IMG

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi bəlli olub.

İstanbul klubu bu raundda “Union” (Belçika) ilə üz-üzə gələcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" (Zaqreb) komandası isə PAOK-a (Yunanıstan) rəqib olub.

UEFA Konfrans Liqası 1/8 final mərhələsi

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)

“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)

“Molde” (Norveç) - “Brügge” (Belçika)

“Union” (Belçika) - “Fənərbağça” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)

“Şturm” (Avstriya) - “Lill” (Fransa)

“Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti