IMG-LOGO

Sabirabadda qəzada yaralanan 10 nəfərin vəziyyəti məlum oldu-YENİLƏNİB

17 Mar 2026 23:28 2 baxış
IMG
5 0

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, martın 17-də saat 18:15 radələrində baş verən qəza nəticəsində 10 nəfər (1 kişi, 9 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.

Xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyəti ağır (kişi) və orta ağır (qadın) kimi qiymətləndirilir. *** 19:33

Xəbər verdiyimiz kimi Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

“FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər yaralanaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:50

Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən Sabirabadda məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Hadisələr

Xəbər lenti