IMG-LOGO

Dünyanın ən dəyərli milli komandaları AÇIQLANDI - SİYAHI

17 Mar 2026 19:07 3 baxış
IMG
0 0

2026-cı il Dünya çempionatı öncəsi milli komandaların hazırkı heyət dəyəri açıqlanıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İngiltərə 1,32 milyard avroluq heyət dəyəri ilə siyahıda birinci, Türkiyə isə 512,70 milyon avroluq dəyərlə 11-ci yerdədir.  Bu reytinq komandaların Dünya çempionatı öncəsi iqtisadi gücünü və heyət keyfiyyətini vurğulayır. Türkiyənin heyətində Arda Gülər, Hakan Çalhanoğlu və Kenan Yıldız kimi ulduz oyunçular var.

İngiltərə 1,32 milyard avroluq heyət dəyəri ilə siyahıya başçılıq edir. Onları 1,30 milyard avroluq Fransa və 1,17 milyard avroluq İspaniya izləyir. Braziliya, Portuqaliya və Almaniya kimi nəhənglər də ilk sıralardadırlar.

Arda Gülər, Hakan Çalhanoğlu və Kenan Yıldız kimi ulduz oyunçuların yer aldığı Türkiyə milli komandası 512,70 milyon avro dəyərində heyətlə 11-ci yerdə qərarlaşıb. Türkiyə bir çox mühüm ölkəni geridə qoyaraq ilk 15-liyə daxil olmaqla seçilib.

Siyahıda Argentina, Hollandiya, İtaliya və Belçika kimi aparıcı futbol ölkələri var, Afrika və Cənubi Amerikadan da bir çox komandalar reytinqdə yer alır.

Açıqlanan heyət dəyərləri, 2026-cı il Dünya çempionatı öncəsi komandaların iqtisadi gücünü və heyət keyfiyyətini nümayiş etdirir.

Əən dəyərli milli komandaların siyahısı

1. İngiltərə – 1.32 milyard avro

2. Fransa – 1.30 milyard avro

3. İspaniya – 1.17 milyard avro

4. Braziliya – 924 milyon avro

5. Portuqaliya – 845.50 milyon avro

6. Almaniya – 827 milyon avro

7. İtaliya – 825 milyon avro

8. Hollandiya – 797 milyon avro

9. Argentina – 553 milyon avro

10. Norveç – 516.90 milyon avro

11. Türkiyə – 512.70 milyon avro

12. İsveç – 476.48 milyon avro

13. Mərakeş – 450.55 milyon avro

14. Belçika – 450.20 milyon avro

15. Seneqal – 429.90 milyon avro

16. Uruqvay – 403.73 milyon avro

17. Danimarka – 383.60 milyon avro

18. Fil Dişi Sahili – 380.50 avro milyon

19. Ekvador – 365.08 milyon avro

20. Nigeriya – 298.78 milyon avro

21. Kolumbiya – 292.80 milyon avro

 

İdman xəbərləri

Xəbər lenti