Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov hücumçu Nəriman Axundzadənin "FIFA Series-2026" turniri üçün milliyə çağırılmayacağını bildirib.
Mütəxəssis bu barədə "Report"a müsahibəsində bildirib.
O, "Kolambus Kryu" klubunun düşərgəsinə yeni qoşulan futbolçunun hələlik Amerikada qalmasının yararlı olduğunu söyləyib:
"Nərimanın durumu fərqlidir. O, son 1 ayda klubsuz qaldı və fərdi məşqlər edirdi. Amerikaya yeni gedib və komandasının düşərgəsinə təzə qoşulub. İstəyirik ki, Nəriman orada daha da möhkəmlənsin. Komandanın düşərgəsində qalması daha məsləhətdir. Lakin bildirməliyəm ki, o, yığmanın əsas futbolçularından biridir. Nəriman böyük potensiala malikdir. İnanıram ki, yay toplanışında və Millətlər Liqasında bizə lazımi formada kömək edəcək".
Ayxan Abbasovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.