Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.
"Report" xəbər verir ki, günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.
Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş saat 17:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.
"Sarı-göylər" 20 xalla 9-cu, "Qəbələ" isə 15 xalla 10-cu pilədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXIV
23 fevral
17:00. “Kəpəz” – “Qəbələ” Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.
Bizim WhatsApp kanalımıza abunə olun