IMG-LOGO

Avropa Liqası: “Qarabağ”ın növbəti raunddakı potensial rəqibləri müəyyənləşib

23.02.2024 01:57 78 baxış
IMG

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində potensial rəqibləri müəyyənləşib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu fevralın 23-də keçiriləcək püşkatma mərasimində səpələnməmişlər səbətində yer alacaq.

Qurban Qurbanovun başçılıq etdiyi kolletiv qrup birincilərindən biri ilə qarşılaşacaq. Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer”dir (Almaniya). Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları martın 7-də və 14-də keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti